"Qalatasaray"-"Fənərbaxça" derbisinin vaxtı açıqlandı
28 mart 2016 12:57 (UTC +04:00)

"Qalatasaray"-"Fənərbaxça" derbisinin vaxtı açıqlandı

0

“Qalatasaray” – “Fənərbaxça” matçının keçiriləcəyi tarix bəlli olub. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqanın XXVI turunun qarşılaşması martın 20-də keçirilməli olsa da, terror hadisəsi ilə əlaqədar təxirə salınmışdı.

 

Türkiyə Futbol Federasiyasının (TFF) iclasında əzəli rəqiblərin görüşünün aprelin 13-də keçirilməsinə qərar verilib.

 

“Fənərbaxça” rəhbərliyi matçın aprelin 6-da, “Qalatasaray” tərəfi isə 28-də keçirilməsini istəsə də, TFF onların arzularını həyata keçirməyib.

 

Qeyd edək ki, 25 oyundan sonra 59 xal toplayan “Fənərbaxça” turnir cədvəlində 2-ci, 39 xalı olan “Qalatasaray” isə 5-ci pillədə qərarlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar