Türkiyə çempionatı, 33-cü tur
Superliqanın növbəti turunda əzəli rəqiblər “Fənərbağça” və “Qalatasaray” arasındakı derbi matçı baş tutub. Lent.az-ın məlumatına görə, gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Hər 3 qol ilk yarıda vurulub. Hesabı 25-ci dəqiqədə “Cim-Bom”un hücumçusu Burak Yılmaz penalti zərbəsi ilə açıb. Bundan cəmi 8 dəqiqə sonra Pyer Vebo bərabərlik, 36-cı dəqiqədə isə qələbə topunun müəllifi olub. Baş hakim Cüneyt Çakır 90+2-ci dəqiqədə bir-biri ilə dava edən “sarı-lacivərdlilər”in qapıçısı Volkan Dəmirəl və “sarı-qırmızılar”ın futbolçusu Sabri Sarıoğlunu meydandan qovub.
Bu qələbə sayəsində “Fənərbağça” lider “Qalatasaray” arasındakı xal fərqi 7-yə enib. Hələ ötən turdan çempionluğunu rəsmiləşdirən “Cim-Bom”un ardından “Fənər” də Çempionlar Liqasına vəsiqə qazanıb. Məhz bu üzdən Türkiyə Kubokunun finalçısı “Trabzonspor” hazırda 9-cu pillədə olmasına rəğmən, Avropa Liqasına yüksəlib.
“Kasımpaşa” – “Kayserispor” – 1:2
“Qaziantepspor” – “Elazığspor” – 1:1
“Beşiktaş” – “Gənclərbirliyi” – 3:0
“Antalyaspor” – “Orduspor” – 1:0
“Fənərbağça” – “Qalatasaray” – 2:1
13 May
“Akhisar Bələdiyyəsi” – “Mersin İdman Yurdu”
“Sivasspor” – “Karabükspor”
“Trabzonspor” – “İstanbul BB”
“Bursaspor” – “Eskişehirspor”
1. “Qalatasaray” – 68 xal
2. “Fənərbağça” – 61
3. “Beşiktaş” – 58
4. “Bursaspor” – 53 (32 oyuna)
5. “Kayserispor” – 49
6. “Kasımpaşa” – 47
7. “Antalyaspor” – 47
8. “Gənclərbirliyi” – 44
9. “Trabzonspor” – 43 (32)
10. “Qaziantepspor” – 43
11. “Eskişehirspor” – 42 (32)
12. “Elazığspor” – 42
13. “Sivasspor” – 40 (32)
14. “Karabükspor” – 37 (32)
15. “İstanbul BB” – 36 (32)
16. “Akhisar Bələdiyyəsi” – 36 (32)
17. “Orduspor” – 29
18. “Mersin İdman Yurdu” – 22 (32)
Bombardir: Burak Yılmaz (“Qalatasaray”) – 23 qol.