Del Boske: "İlk dəfə bu qədər gücsüz görünürdük"
19 iyun 2014 10:38 (UTC +04:00)

Del Boske: "İlk dəfə bu qədər gücsüz görünürdük"

İspaniya yığmasının baş məşqçisi Visente Del Boske Çili ilə oyundan sonra önəmli açıqlamalar verib. Lent..az-ın goal.com-a istinadən verdiyi xəbərə görə, oyundan sonra keçirilən mətbuat konfransında Çili yığmasını təbrik edərək sözə başlayan Del Boske nələrin baş verdiyini düşünmək istədiyini bildirib: “Həqiqət odur ki, birlikdə olduğumuz 24-25 günlük müddətdə çox yaxşı hazırlaşdıq. İlk 11-i müəyyən edən zaman çox çətinlik çəkdik, çünki hamı hazır idi. Anacaq Hollandiya ilə oyunun ikinci hissəsi, Çili ilə oyunun isə birinci hissəsi problemli oldu”.

 

Çempionata çox pis start verdiklərini söyləyən təcrübəli baş məşqçi yetərincə cəsur ola bilmədiklərini qeyd edib: “Öz oyun üslubumuzu tapa bilmədik. Yetərincə cəsur ola bilməməyimiz bizim üçün utandırıcı haldır. Bunu heç gözləmirdim. Çili gözlədiyimiz kimi oynadı. Oyun üslublarına sadiq qaldılar”.

 

Del Boske istefa verib-verməyəcəyi barədə ona ünvanlanan suallara isə belə cavab verdi: “İspaniya futbolu üçün ən düzgün qərarı verəcəyik. Mən də öz vəziyyətimi yenidən dəyərləndirəcəm. Üzr istəniləcək bir vəziyyət olduğunu düşünmürəm. Komandam çempionata yaxşı vəziyyətdə idi. Çox çalışdıq, amma qol vəziyyətlərini dəyərləndirə bilmədik. İlk dəfə bu qədər gücsüz görünürdük”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821
avatar

Oxşar yazılar