Del Boske: “Real”dan gəlib “Barselona”lıların kuklası olmağımla...”
23 iyun 2014 12:00 (UTC +04:00)

Del Boske: “Real”dan gəlib “Barselona”lıların kuklası olmağımla...”

İspaniya yığmasının baş məşqçisi Visente Del Boske futbolçularını tənqid edib. Lent.az-ın goal.com-a istinadən verdiyi xəbərə görə, Del Boske yığmanın oyunçularını eqoistlikdə günahlandırıb: “Futbolçularımın hamısına təşəkkür edirəm. Mən onları düşünsəm də, onlar ancaq özlərini düşünür. Fərq yalnız budur”.


Təcrübəli baş məşqçi yerli mediadakı tənqidlərdən də narahatlığını ifadə edib: “Bəhanə axtarmıram. Ya fiziki, ya da taktiki səhvlər oldu. Ancaq “Real” Madriddən gəlib “Barselona”lı futbolçuların kuklası olmağımla bağlı yazılanlar həqiqətən insana pis təsir edir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1416

Oxşar yazılar