Braziliyada təşkil olunacaq və iyunun 12-də start götürəcək futbol üzrə dünya çempionatı öncəsi beynəlxalq yoldaşlıq görüşləri davam edir. Lent.az-ın məlumatına görə, mundialın bir neçə iştirakçısı son yoxlama oyunlarında qüvvələrini sınayıb.
"DÇ-2014"ün iştirakçılarından Kamerun Moldovanı 1:0, Argentina isə Sloveniyanı 2:0 hesabı ilə məğlub edib. Gecə yarısı baş tutan oyunlarda Belçika Tunisə bir, İspaniya isə Salvadora iki cavabsız qolla qalib gəlib - 2:0.
Kamerun - Moldova - 1:0 Qol: Salli 30-cu dəqiqə
Argentina - Sloveniya - 2:0 Qollar: Alvarez 12, Messi 76
Belçika - Tunis - 1:0 Qol: Mertens 89
İspaniya - Salvador - 2:0 Qollar: D.Vilya 61, 88