Danimarka və Serbiya da Bakıya gəlir
31 mart 2016 05:51 (UTC +04:00)

Danimarka və Serbiya da Bakıya gəlir

0

Bu ilin may ayında Bakıda keçiriləcək 17 yaşadak futbolçular arasında Avropa çempionatında iştirak edəcək daha iki komandanın adı müəyyənləşib.

 

Apasport.az saytının məlumatına görə, Danimarka və Serbiya da mayın 5-də start götürəcək yarışda iştirak hüququ qazanıb.

 

Belə ki, seçmə mərhələnin 1-ci qrupunda yarışan Danimarka qrupdakı ikinci oyununda İsveçrə üzərində 2:1 hesablı qələbə qazanaraq Bakıya gəlməyi təmin edib.

 

Serbiya isə Polşanı eyni hesabla yenib və əsas mərhələdə oynamağa haqq qazanıb.

 

Beləliklə, Avropa çempionatının 16 iştirakçısından 12-nin adına aydınlıq gəlib. Daha öncə Ukrayna, İngiltərə,  Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 461

Oxşar yazılar