Daha bir futbolçu "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, "Lester"in oyunçusu Ceymi Vardidir.
O, İngiltərə Premyer Liqasıda ardıcıl 11 oyunda qol vurduğu üçün nadir kitaba adını yazdırıb. Bu uğura görə C.Vardiyə Ginnesin rekordlar kitabının sertifikatı verilib.