Serxio Markaryan Peru Futbol Federasiyasının baş məşqçi postundan istefaya göndərilib. Lent.az-ın məlumatına görə, bu barədə Peru Futbol Federasiyası qərar çıxarıb.
Səbəb kimi yığmanın 2014-cü il dünya çempionatının final mərhələsinə yüksələ bilməməsi göstərilib. Peru millisi qrupda 7-ci yeri tutaraq, Braziliyada keçiriləcək mundialdan kənarda qalıb.
Qeyd edək ki, bu yaxınlarda daha bir yığma komanda erməni baş məşqçi ilə vidalaşıb. Vardan Minasyan Ermənistan millisinin sükanı arxasından getdiyini açıqlayıb.