Daha 3 cüdoçumuz dünya çempionatını medalsız başa vurdu
26 avqust 2019 11:12 (UTC +04:00)

Daha 3 cüdoçumuz dünya çempionatını medalsız başa vurdu

0
Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatı davam edir. 
 
APA-nın məlumatına görə, mindialın ikinci günü Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulub. 
 
Hər 3 cüdoçu çıxışını vaxtından əvvəl bitirib. 66 kq çəki dərəcəsində qüvvəsini sınayan Nicat Şıxəlizadə 1/8 finala kimi 3 rəqibini yarışdan kənarlaşdırsa da, misirli Məhəmməd Abdelmaugouda ipponla uduzub. 
 
52 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəliyeva (52 kq) və Larisa-Aleksandra Florian (52 kq) isə ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmada məğlub olublar. 
 
Beləliklə, yarışı uğursuz bitirən Azərbaycan cüdoçularının sayı 6-ya çatıb. Dünya çempionatının ilk günü Davud Məmmədsoy (60 kq), Leyla Əliyeva və Aişə Qurbanlı (48 kq) da mundialı medalsız yekunlaşdırıblar. 
 
Qeyd edək ki, avqustun 27-də Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq) və İçinxorlu Munxtsedev (57 kq) tatamiyə çıxacaqlar. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 622

Oxşar yazılar