
Dabo və Mustivar "Neftçi"ninin düşərgəsini tərk etdi - SƏBƏB
Türkiyədə yeni mövsümün hazırlığını davam etdirən "Neftçi"nin iki üzvü müalicə məqsədilə müvəqqəti olaraq düşərgəni tərk edib. Bu barədə Lent.az "Neftçi" FK-nın saytına istinadən bildirir.
Məlumata görə, bunlar məşqlərdə ayaq əzələsində yüngül zədə alan Baqali Dabo və Haiti millisinin təlim-məşq toplanışından zədə səbəbindən yarımçıq geri dönən Soni Mustivardır.
Hər iki futbolçu ən qısa zamanda komandaya qoşulmaları və Avropa Liqasının birinci mərhələsindəki oyunlara hazır olmaları üçün İtaliyaya göndərilib. Onların xüsusi klinikada müalicə alaraq, tez bir vaxtda sağlamlıqlarına qovuşmaları üçün həkimlərin rəyi əsasında bu addım atılıb.
Qeyd edk ki, "Neftçi” iyunun 20-si, 25-i və 30-da yoxlama görüşü keçirəcək. Komandanın sınaq matçlarındakı rəqibləri ayın 20-də "SKA-Xabarovsk” (Rusiya), 30-da isə "Vorskla” (Ukrayna) olacaq. Ayın 25-dəki rəqib haqda ən qısa zamanda məlumat veriləcək. İyulun 1-i axşam saatlarında vətənə qayıdacaq komanda üzvləri iki günlük istirahətdən sonra Avropa Liqasının birinci mərhələsindəki oyunların hazırlığına başlayacaq.
Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04