Bu gün Bakı-2015 I Avropa Oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışların son günündə Azərbaycan yalnız bir idman növündə təmsil olunur.
Bu da çimərlik futbolu üzrə millimizdi. Qrup mərhələsində hər 3 qarşılaşmada uduzan yığmamız həlledici gündə 7-ci yer uğrunda matçda qüvvəsini sınayıb.
Komandamız Macarıstanla görüşüb. Futbolçularımız 2:3 hesabı ilə uduzaraq, ardıcıl 4-cü məğlubiyyətlə yarışı 8-ci pillədə başa vurub. Çempionluğun taleyi Rusiya ilə İtaliya arasında qarşılaşmada həll olunacaq. Bürünc medal üçün isə İsveçrə ilə Portuqaliya görüşəcək.
28 iyun
Çimərlik futbolu
7-ci yer uğrunda
Macarıstan – Azərbaycan - 3:2
5-ci yer uğrunda
13:00. Ukrayna - İspaniya
3-cü yer uğrunda
14:50. İsveçrə - Portuqaliya
Final
16:00. İtaliya - Rusiya