Əfsanəvi futbolçu Stiven Cerard yeni mövsümdən etibarən “Liverpul”a qayıda bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İngiltərənin məşhur “The Sun” nəşri xəbər yayıb.
Bildirilib ki, hazırda MLS-də “Los-Anceles Qalaksi”də çıxış edən 35 yaşlı ulduz Yürgen Kloppun istəyi ilə gələn mövsüm “qırmızılar”ın məşqçilər heyətinə daxil olacaq.
Qeyd edək ki, 2015-ci ildə Amerikada çıxış edən Cerardın klubu ilə 18 aylıq müqaviləsi var.