Çempionlar Liqasının tarixində ilk dəfə finalda eyni şəhərin komandaları qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda qonşu İspaniya klubları üz-üzə gələcək.
Madrid klubları “Real” və “Atletiko” qitənin ən nüfuzlu klub turnirində Avropanın güclüsünü müəyyənləşdirəcək. İndiyədək 1955/56 mövsümündən start götürən yarışın finalında eyni şəhər təmsilçiləri görüşməmişdi.
Lakin Çempionlar Liqasında 4 dəfə eyni ölkə klubları final oynayıb. Maraqlıdır ki, bu finallarda fərqli ölkələr oynayıb. İspaniya isə artıq 2-ci finalı ilə önə keçəcək. 14 il əvvəl də belə oyunda meydana çıxan “Real” olmuş, rəqibini darmadağın etmişdi.
Çempionlar Liqasında eyni ölkə təmsilçilərinin finalı
İspaniya finalı
1999/2000. “Real” – “Valensiya” – 3:0
İtaliya finall
2002/03. “Milan” – “Yuventus” – 0:0, p.3:2
İngiltərə finalı
2007/08. “Mançester Yunayted” – “Çelsi” – 1:1, p.6:5
Almaniya finalı
2012/13. “Bavariya” – “Borussiya” D – 2:1
Avrokuboklarda daha 12 dəfə eyni ölkə klubları finalda oynayıb. Bunlara Avropa Liqası və onun sələfi olan UEFA kuboku ilə Yarmarkalar kubokunda təsadüf edib.
Avropa Liqası (UEFA kuboku)
İspaniya finalları
1961/62. “Valensiya” – “Barselona” – 6:2, 1:1
1963/64. “Saraqosa” – “Valensiya” – 2:1
1965/66. “Barselona” – “Saraqosa” – 0:1, 4:2 (əlavə vaxtda)
2006/07. “Sevilya” – “Espanyol” – 2:2, p.3:1
2011/12. “Atletiko” – “Atletik” – 3:0
İngiltərə finalı
1971/72. “Vulverhempton” – “Tottenhem” – 1:1, 1:2
Almaniya finalı
1979/80. “Borussiya” M – “Ayntraxt” – 3:2, 0:1
İtaliya finalları
1989/90. “Yuventus” – “Fiorentina” – 3:1, 0:0
1990/91. “İnter” – “Roma” – 2:0, 0:1
1994/95. “Parma” – “Yuventus” – 1:0, 1:1
1997/98. “İnter” – “Latsio” – 3:0
Portuqaliya finall
2010/11. “Porto” – “Braqa” – 1:0