Çelyabinskə 12 idmançı ilə
10 sentyabr 2013 18:34 (UTC +04:00)

Çelyabinskə 12 idmançı ilə

Taekvondo üzrə kişi və qadınlardan ibarət Azərbaycan milli komandası Rusiyanın Açıq Çempionatında iştirak edəcək. Federasiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 12-də Çelyabinsk şəhərində start götürəcək yarışa 12 idmançımız qatılacaq.

 

Baş məşqçi Ələkbər İmaməliyev yarışda Natiq Abdullayev, Samir Aydınov (hər ikisi 54 kq), Samir Cavadlı (58 kq), Pərvin Əliyev (63 kq), Namaz Heydərov (68 kq), Xəyal Musayev (74 kq), Vladislav Subbitin (80 kq), Ceyhun Həsənli (+87 kq), Aytən Səmədli, Daria Gorbaçeva (hər ikisi 62 kq), Günay Agayeva (53 kq) və Marina Tedeyevaya (67 kq) şans verəcək.

 

Qeyd edək ki, yarış 6 gün davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521
avatar

Oxşar yazılar