Cavid Qurbanovdan ilk ANONS: məşqçi dəyişəcək - YENİLƏNİB
12 oktyabr 2016 13:10 (UTC +04:00)

Cavid Qurbanovdan ilk ANONS: məşqçi dəyişəcək - YENİLƏNİB

 

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.

 

Lent.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, voleybol idman növü Azərbaycanda böyük ənənələrə məxsusdur. Lakin nəsil dəyişir, hər bir idman növündə olduğu kimi voleybolda da yeniliklər baş verir. Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun bu idmanın inkişafında xidmətlərinin əvəzsiz olduğunu qeyd edən nazir federasiyada dəyişikliklərin aparılması ilə bağlı müzakirələrin getdiyini və nəticədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun bu vəzifəyə seçilməsi ilə bağlı təklifin irəli sürüldüyünü bildirdi.

 

Azad Rəhimov bildirib ki, Cavid Qurbanov daim idmançıların, voleybolçuların yanında olub, onlara dəstək verən insandır: "Voleybolumuzun daha yüksək inkişafı hər birimizin arzusudur. Hədəfimiz isə, komandamızın 2020-ci ildə Tokyoda keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanmasıdır.”

 

Daha sonra voleybol federasiyasının vitse-prezidenti Vaqif Əliyev çıxış edərək bu idman növündə son illlər görülmüş işlərin hesabatını verib.

 

Səs çoxluğu ilə voleybol federasiyasına prezident seçilən Cavid Qurbanov çıxışında qeyd edib ki, voleybol zəruri, ancaq çox çətin idman növüdür. Cavid Qurbanov : “Qarşıda, 2017-ci ildə Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsinin püşkatması keçiriləcək. Bu çox məsuliyyətli və mötəbər tədbirə ciddi şəkildə hazırlaşmalıyıq. Təbii ki, məşqçi və digər məsələlərdə də dəyişikliklər olacaq".

 

**

 

12:13

 

Bu gün Azərbaycan Voleybol Federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qurumun yeni rəhbəri seçilib.

 

O, bu postda Ziya Məmmədovu əvəzləyib.

 

İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmilər iştirak ediblər.

 

Qeyd edək ki, Qurbanov “Azərreyl” voleybol klubunun da prezidentidi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

ApaSport TV

Oxşar yazılar