Fransız yüngül atlet, Donetskdə keçirilən yarışda şlüzlə hündürlüyə tullanan Reno Lavilleni dünya rekordunu təzələyib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, hər il keçirilən «Şülüzün ulduzları» yarışında 6 m 16 sm hündürlüyünə tullanaraq, yeni dünya rekordu müəyyən edib.
O, ilk cəhddə buna nail olub.
Xatırladaq ki, 6,15 metr göstərici ilə bundan əvvəlki dünya rekordu ukraynalı yüngül atlet Sergey Bubkaya məxsus idi. O, 1993-cü il fevralın 21-də bu nailiyyəti əldə edib.