Bu gün Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə VII turun oyunları keçiriləcək. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, azərbaycanlı şahmatçılar arasında baş tutacaq görüş diqqət mərkəzində olacaq.
Belə ki, hesabında 3,5 xalı olan Teymur Rəcəbov sonuncu pillədəki Şəhriyar Məmmədyarovla qarşılaşacaq.
VII tur
Teymur Rəcəbov – Şəhriyar Məmmədyarov
Sergey Karyakin – Fabiano Karuana
Hikaru Nakamura – Maqnus Karlsen
Turnir cədvəli: Rəcəbov, Karlsen 3,5 xal. Karuana, Karyakin, Nakamura 3 xal. Məmmədyarov 2 xal.