Bu gün "Qəbələ” və "Neftçi” komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçından sonra atəşfəşanlıq olacaq. Lent.az-ın məlumatına görə, bu barədə sportnet.az-a matçın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, atəşfəşanlıq qalib komandaya kubokun təqdim edilməsindən sonra baş tutacaq.
Qeyd edək ki, "Qarabağ"ın mayın 17-də çempionluq kubokunu əldə etdiyi "Xəzər Lənkəran"la oyundan sonra Respublika stadionunda belə bir təntənə yaşanmayıb. Səbəb kimi həmin günün Laçının işğal gününə təsadüf etməsi və Türkiyənin Soma şəhərindəki faciə göstərilib.