Braziliyalı futbolçu Felipe Melo “Qalatasaray”dan “küsüb”. Apasport.az saytının məlumatına görə, bu barədə oyunçu özü sosial şəbəkə hesabından məlumat yayıb.
Hazırda “İnter”də çıxış edən yarımmüdafiəçi tez-tez sosial şəbəkələrdə “Qalatasaray”la bağlı paylaşımları ilə diqqət mərkəzinə gəlirdi. Bu dəfə isə instaqram hesabından şəkil paylaşan “pitbull” artıq keçmiş klubuna məxsus heç bir hesabı izləməyəcəyini bildirib.
Səbəb kimi isə artıq klubun da onu izləməməsini deyib.