Mövsümün əvvəlində "Qalatasaray"dan "İnter"ə transfer olunan Felipe Melo İstanbul klubuna qayıtmaq istəyir. Apasport.az saytının məlumatına görə, bu barədə braziliyalı yarımmüdafiəçi İtaliya mətbuatına açıqlamasında danışıb:
"Çox istərdim ki, qayıdım. "Qalatasaray" və ordakı dostlarım üçün çox darıxmışam. Ancaq "Qalatasaray"ın indiki maddi vəziyyətində transferim çox çətin görünür. Ümid edirəm ki, tezliklə bu klubda hər şey qaydasına düşəcək və komandanı yenidən ən yüksəklərə daşıyacağıq".
Melo Çin klublarının onunla maraqlanması barədə suala belə cavab verib: "Hələ ki, belə bir təklif yoxdu. Hazırda "İnter"in futbolçusuyam. Ancaq klub getməyimi istəsə, bütün variantları nəzərdən keçirəcəm. Ancaq dediyim kimi, mənim üçün ilk öncə "Qalatasaray" gəlir".
Melo cari mövsümdə "İnter"də 19 oyunda meydana çıxaraq, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Mövsüm ərzində 5 sarı və 2 qırmızı vərəqə alan braziliyalı, ümumilikdə 5 oyunda cəzalı vəziyyətə düşüb.