İyunun 24-də futbol üzrə dünya birinciliyində A qrupunda Braziliya və Kamerun arasında görüş keçirilib.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, braziliyalı Neymar bu oyunda 2014-cü il dünya çempionatının 100-cü qolunu vurub.
Qeyd edək ki, o, bombardirlər siyahısında liderdir.
Kamerunla qarşılaşma həm də Braziliya millisinin dünya çempionatlarında oynadığı 100-cü oyundur.