Braziliyada Bosniya və Hersoqovina yığmasının məşqçiləri silahlı hücuma məruz qalıb. Lent.az-ın xəbərinə görə, bu barədə qol.az saytı məlumat yayıb. Komandanın baş məşqçisi Saffet Susiç köməkçiləri ilə San-Paulu şəhəri yaxınlığında şəhər gəzintisinə çıxarkən üç nəfər naməlum silahlı şəxs onları izləməyə başlayıb.
Silahlı olan naməlum şəxslər məşqçilərə hücum etməyə hazırlaşarkən uzaqdan mühafizə xidmətini təşkil etmiş polis müdaxilə edib və qanlı olayın qarşısını alınıb.
Polis maşınının gəldiyini hiss edən silahlı şəxslər dərhal hadisə yerindən uzaqlaşıblar. Onlardan heç birini yaxalamaq mümkün olmayıb.