Bu gün qadın voleybolçular arasında Avropa çempionatının II təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən D qrupunun son turunda Azərbaycan millisi Bolqarıstan yığması ilə üz-üzə gəlib.
Bu oyun voleybolçularımız üçün xüsusi əhəmiyyət daşısa da, komandamız lazımı oyunu göstərə bilməyib. Qarşılaşmaya kimi turnir cədvəlində bolqarlardan 1 xal geri qalan millimiz final mərhələsinə birbaşa yüksəlmək üçün mütləq qələbə qazanmalı idi. Lakin Sofiyada uduzan rəqib paytaxtımızda bunun revanşını artıqlaması ilə alıb.
Voleybolçularımızın bərbad oyunu, top qəbulda və topu oyuna daxil etmələrində hələ çox zəif olması final mərhələsinə birbaşa yüksəlməyimizə imkan verməyib. Düzdür, 2 hissədə uduzduqdan sonra yığmamız öz oyununu tapıb və fərqi azaldıb. Amma bundan sonra rəqib təmsilçimizin hesabı bərabərləşdirmək arzusunu puç edərək, görüşün yekun hesabını müəyyənləşdirib – 3:1.
Bununla da Bolqarıstan qrup qalibi kimi Belçika və Hollandiyanın ev sahibliyi edəcəyi final mərhələsinə yüksəlib. Millimiz isə pley-off-da mübarizəni davam etdirəcək.
VI turun digər matçında Yunanıstan Portuqaliyanı sınağa çəkib. Görüş Azərbaycana da qalib gələn portuqaliyalıların qələbəsi ilə yekunlaşıb. Onlar bununla da rəqiblərini sonuncu sıraya göndəriblər.
D qrupu
VI tur
31 may
Bolqarıstan - Azərbaycan - 3:1 (25:14, 25:18, 14:25, 25:19)
Hakimlər: Aleksandr Pyasetski (Belarus), Aleksandr Ryabtsov (Rusiya)
Bakı, Voleybol Mərkəzi
İlk oyun: Azərbaycan – Bolqarıstan - 3:2 (17:25, 25:22, 19:25, 25:20, 15:8)
Yunanıstan - Portuqaliya - 2:3 (24:26, 21:25, 25:22, 25:21, 13:15)
Hakimlər: Nurper Özbar (Türkiyə), Aleksey Skibitski (Ukrayna) Bakı, Voleybol Mərkəzi
İlk oyun: Yunanıstan – Portuqaliya - 3:1 (25:17, 21:25, 25:15, 25:19)
1 |
Bolqarıstan |
6 |
5 |
1 |
17-5 |
509-390 |
16 |
2 |
Azərbaycan |
5 |
4 |
1 |
15-10 |
557-520 |
12 |
3 |
Portuqaliya |
6 |
2 |
4 |
8-16 |
477-562 |
4 |
4 |
Yunanıstan |
6 |
1 |
5 |
7-16 |
456-527 |
4 |