2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına boks da daxil edilib. Lent.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsi yekdilliklə qərar qəbul edib.
AİBA-nın prezidenti Çinq-Kuo Vu Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikkiyə ünvanladığı məktubda yazıb: “Biz belə nüfuzlu tədbirdə EOC-la birgə işləyəcəyimiz üçün şadıq. Boksa göstərdiyiniz xoşməramlı dəstəyə və marağa görə bir daha AİBA adından Sizə dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Avropa Oyunları 17 olimpiya və 2 qeyri-olimpiya növü üzrə keçiriləcək.