Blatter: «Xorvatiyanın qapısına təyin olunan 11 metrlik ədalətli idi»
15 iyun 2014 03:19 (UTC +04:00)

Blatter: «Xorvatiyanın qapısına təyin olunan 11 metrlik ədalətli idi»

Futbol üzrə dünya birinciliyinin ilk oyunu Braziliya ilə Xorvatiya milliləri arasında keçirilib. Həmin oyunda ev sahibləri 3:1 hesabı ilə qalib gəlib. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, həmin oyunda yaponiyalı hakim Yuiti Nisimuranın Xorvatiya yığmasının qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsinə münasibət birmənalı deyil.

 

 

FİFA prezidenti Yozef Blatter  yerli mətbuata açıqlamasında cərimə zərbəsinin doğru olduğunu bildirib.

 

“Hakim tam doğru qərar qəbul etdi. Fredi cərimə meydançasında tutmuşdular. Bununla da qayda pozulmuşdu”-deyə, prezident söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802

Oxşar yazılar