Bir qələbə ilə “ilk yüzlüy”ə
09 oktyabr 2016 09:11 (UTC +04:00)

Bir qələbə ilə “ilk yüzlüy”ə

Azərbaycan millisinin DÇ-2018-in seçmə oyununda Norveçi məğlub etməsi FİFA reytinqindəki mövqeyinə ciddi təsir edəcək. Apasport.az saytının məlumatına görə, 1:0 hesablı qələbə yığmamızın irəliləməsi ilə nəticələnəcək.

Bununla da hazırda 252 xalla dünyanın 133-cüsü olan yığmamız oktyabrın 20-də açıqlanacaq siyahıda aktivinin ən azı 100 xal çoxalmasını təmin edib. Belə ki, Norveç üzərində qələbə 965 əmsal xalı ilə dəyərləndirilib. Bu da son 4 ilin nəticələrinə əsasən hesablanan reytinqdə də müsbət əksini tapacaq.

Həmin reytinqdə təkcə Norveç deyil, Çexiya ilə matçın nəticələri də əks olunacaq. Skandinaviyalılar üzərində qələbədən sonra oktyabrın 11-dəki matçın nəticəsi mövqeyimizi müsbətə doğru dəyişəcək. Əgər Çexiyada uduzsaq, xal hesabımız 352-də dayanacaq. Bu da təxminən 95-96-cı yerlərə yüksəlməyimiz deməkdi.

Bir sözlə, artıq uzun fasilədən sonra ilk “100-lüy”ə qayıdacağımızı böyük ehtimalla söyləmək olar. Yalnız bizdən öndə olan və “100-lüy”ə can atanların da uğur qazanması belə irəliləyişə maneçilik törədə bilər. Amma qeyri-adi bir şey baş verməsə 30-40 pilləlik yüksəliş təmin edilib.

2 gündən sonra uduzmasaq, yerdəyişmə daha böyük olacaq. Əgər Robert Prosineçkinin yetirmələri səfərdə də qalib gəlsə, xal hesabı bizim üçün fantastik həddə - 507-yə yüksələcək. Bu isə təxminən 65-66-cı yerlərədək sıçrayış üçün yetərlidi.

Çexiyada bərabərlik bu rəqəmin 404 xala qədər artması ilə nəticələnəcək ki, bu da 81-85-ci yerlərə yüksəlməyi təxmin etməyə imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

ApaSport TV

Oxşar yazılar