Beşiktaşın ulduz futbolçusu avtomobil qəzasına düşüb
20 aprel 2014 19:58 (UTC +04:00)

Beşiktaşın ulduz futbolçusu avtomobil qəzasına düşüb

Bu gün İstanbulda "Beşiktaş"ın futbolçularından biri öz avtomobili ilə qəzaya düşüb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, komandanın hücumçularından biri Ömər Şişmanoğlu "Porsche" markalı avtomobili ilə "Atatürk" stadionuna gedərkən qadının idarə etdiyi digər maşına çırpılıb. Futbolçu ciddi xəsarət almasa da, maşını yarasız vəziyyətə düşüb.

 

Qeyd edək ki, "Beşiktaş" bu gün "Atatürk" stadionunda "Fənərbağça" ilə qarşılaşacaq. Şişmanoğlu heyətə cəlb edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1271

Oxşar yazılar