Türkiyə superliqasının başa çatması ilə komandalarda dəyişikliklər başlayıb. Lent.az-ın fanatik.com.tr-yə istinadən verdiyi məlumata görə, 3 böyük İstanbul klubunda ilk olaraq "Beşiktaş"da Julien Eskude komandadan ayrıldığını açıqlayıb. Futbolçu tvitter səhifəsində klubla yollarını ayırdığını bəyan edib.
Qeyd edək ki, Eskude İspaniyanın "Sevilya" klubundan 3 il əvvəl transfer edilib. Təcrübəli müdafiəçi əsas heyətə düşməkdə çətinlik çəkirdi.