Berti Foqts “Sumqayıt”ın 3 futbolçusunu millidən kənarlaşdırdı
27 avqust 2013 15:04 (UTC +04:00)

Berti Foqts “Sumqayıt”ın 3 futbolçusunu millidən kənarlaşdırdı

Futbol üzrə Azərbaycan milli komandasının sentyabrın 7-də İsrail yığması ilə səfərdə keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 1-də başlanacaq hazırlıq prosesinə 24 futbolçu çağırılıb.

 

Baş məşqçi Berti Foqts Malta ilə 14 avqust yoldaşlıq görüşü ilə müqayisədə kiçik dəyişikliklərə əl atıb. Həmin heyətdən “Sumqayıt”ın oyunçuları Vurğun Hüseynov, Vüqar Əsgərov və Pərdis Fərcad-Azad çıxarılıb. Əvəzində bu klubun digər üzvü Ruslan Qurbanova dəvət göndərilib. Eyni zamanda Malta ilə qarşılaşmaya ehtiyat heyət üzvləri kimi çağırılmış Volodimir Levin, Cavid Hüseynov və Vüqar Nadirova bu dəfə əsas komandada yer verilib. 

 

Qapıçılar: Kamran Ağayev (“Bakı”), Anar Nəzirov (“Sumqayıt”), Səlahət Ağayev (“İnter”)

 

Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Rasim Ramaldanov, Elnur Allahverdiyev (hər ikisi “Xəzər Lənkəran”), Mahir Şükürov (“Neftçi”), Volodimir Levin (“Qəbələ”)

 

Yarımmüdafiəçilər: Bədavi Hüseynov, Qara Qarayev (hər ikisi “Qarabağ”), Rəşad Sadiqov, Araz Abdullayev (hər ikisi “Neftçi”), Cavid Hüseynov, Əfran İsmayılov (hər ikisi “Bakı”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Elhad Nəziri (“Rəvan”), Ruslan Abışov (“Rubin”, Rusiya), Ufuk Budak (“Eskişehirspor”, Türkiyə)

 

Hücumçular: Ruslan Qurbanov (“Sumqayıt”), Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev (“Bakı”), Cihan Özkara (“Sivasspor”, Türkiyə), Rüfət Dadaşov (“Kayzerslautern II”, Almaniya)

 

Qeyd edək ki, Bakıdakı hazırlıq 3 gün davam edəcək. Ertəsi gündən millimiz hazırlıq prosesini İsrailin Ramat Qan şəhərində davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749
avatar

Oxşar yazılar