Brugge – İstanbul – Bakı marşrutu ilə Beynəlxalq Velosiped Ekspedisiyasına start verilib. Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 1-də başlanan yürüşə 74 yaşlı belçikalı Kristof Hurtekant rəhbərlik edir.
Belçika, Niderland və İtaliya vətəndaşlarından ibarət qrup Bruggedən yürüşə çıxaraq, Almaniya, Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə və Gürcüstan ərazilərindən keçəcək. Onlar avqustun 1-də Bakıya çatacaqlar. Yürüşün ümumi uzunluğu 5555 km təşkil edəcək.
Qeyd edək ki, Azərbaycanın Belçikadakı səfirliyinin nümayəndəsi yürüşün başlanğıc məntəqəsində təşkil edilmiş mərasimdə iştirak edərək, yürüş iştirakçılarına uzun yolda uğurlar arzulayıb.