Fransanın PSJ klubunun yarımmüdafiəçisi Devid Bekhem mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracağını açıqlayıb. Lent.az-ın məlumatına görə, İngiltərə milli komandasının sabiq oyunçusu artıq getməyin vaxtı çatdığını bildirib.
38 yaşlı Bekhem ona oynamaq üçün şərait yaradan hazırkı klubuna təşəkkür etməyi də unutmayıb.
Qeyd edək ki, Devid Bekhem bu mövsüm PSJ-də 8 oyunda 1 məhsuldar ötürmə və qırmızı vərəqə ilə yadda qalıb. O, əvvəllər “Mançester Yunayted” (İngiltərə), “Real Madrid” (İspaniya), “Los-Anceles Qalaksi” (ABŞ) və “Milan” (İtaliya) kimi komandalarda çıxış edib.