Baş məşqçi Bakıdan niyə qaçıb? - TƏFƏRRÜAT
07 may 2013 14:24 (UTC +04:00)

Baş məşqçi Bakıdan niyə qaçıb? - TƏFƏRRÜAT

“Biz Plamen Xristovla rəsmi müqavilə bağlamamışdıq. O, sadəcə gəlib komanda və görəcəyi işlərlə tanış olmuşdu”. Bu sözləri apasport.az saytına açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan yığmasına cavabdehlik daşıyan İntizar Məmmədova deyib. 

Komanda rəsmisi bolqarıstanlı Plamen Xristovun millimizdən müəmmalı gedişinə aydınlıq gətirib.

Onun bildirdiyinə görə, Xristov Bakıdan günahkar olduğu üçün qaçıb: “O, düzgün adam deyildi. Bütün həmyerlilərini məşqçilər korpusuna gətirmək istəyirdi. Həmçinin, gedişinin əsas səbəbi maliyyə məsələləri ilə bağlı idi. Biz onunla pul məsələsində razılaşmışdıq. Ancaq Xristov sonradan tam başqa qiymət dedi”. 

Məmmədova vurğulayıb ki, Xristov tez-tez fikrini dəyişirmiş. Elə indi də Azərbaycana qayıtmaq istəyir: “Fikirləşirdi ki, Azərbaycanda voleybol yüksək səviyyədədir və çox pul ala biləcək. Amma bizim onun dediyi məbləği vermək məqsədimiz yox idi. İndi də Bolqarıstandan zəng edib, qayıtmaq istədiyini deyir. Lakin artıq mümkün deyil”. 

Məmmədova, həmçinin qeyd edib ki, yaxın günlərdə millimizə yeni çalışdırıcı dəvət olunacaq: “Dünya çempionatına hazırlıq yüksək səviyyədə gedir. Xristovun gedişi o demək deyil ki, yığma “başsız” qalıb. Hazırda komandamız yerli mütəxəssislərin rəhbərliyi altında məşqlərini davam etdirir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769
avatar

Oxşar yazılar