Baş məşqçi: “Kriştiano Ronaldonu yerində oturtmalıyıq”
22 iyun 2014 12:30 (UTC +04:00)

Baş məşqçi: “Kriştiano Ronaldonu yerində oturtmalıyıq”

ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann Portuqaliyaya qarşı keçiriləcək DÇ-2014-ün oyunu öncəsi iddialı açıqlama verib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o xatırladıb ki, komandası qələbə qazanacağı halda 1/8 finala vəsiqəni təmin edəcək.

“Futbolçularımız çox həvəslidir və qələbəyə inanırlar. İndi oyunçuların özünü təsdiq etməsinin əsl vaxtıdır. Biz Kriştiano Ronaldo və onun komandasını yerində oturtmalıyıq. Bunun üçün bizdə hər şey var. Biz bu qarşılaşmada qələbə qazanıb növbəti mərhələyə çıxmaq istəyirik” – deyə o qeyd edib.

Xatırkadaq ki, G qrupunun ABŞ - Portuqaliya oyunu bu gecə Bakı vaxtı ilə saat 03.00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1400

Oxşar yazılar