Balotelli yeni doğulan qızın atası çıxdı
06 fevral 2014 18:46 (UTC +04:00)

Balotelli yeni doğulan qızın atası çıxdı

İtaliya milli komandasının və “Milan” klubunun futbolçusu Mario Balotelli model Rafaella Fikonun dünyaya gətirdiyi Pia adlı qızın atası olduğunu qəbul edib. Lent.az-ın məlumatına görə, DNA testinin nəticələri açıqlandıqdan sonra qalmaqallı hücumçu Ata olmağa razılaşıb.  

 

Halbuki Balotelli Fiko ilə birgə olduğu vaxtlarda sevgilisinin hamiləliyindən şübhələnib. O, dekabrın 6-da doğulan uşağın ondan olduğuna inanmayıb. Bununla belə, 24 yaşlı forvard Piaya qayğı göstərəcəyini açıqlayıb. Lakin testin nəticələri açıqlanandan sonra yığma üzvünü rahat nəfəs alıb. Balotelli “Twitter” səhifəsində yazıb: “Nəhayət, həqiqət: Pia - mənim şirin qızım. Atan”.

 

Qeyd edək ki, Rafella Fiko 2008-ci ildə qızlığını 1 milyon avroya satışa çıxarıb. Onun adı İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ilə seks-gecələrdə hallanıb. Fiko Portuqaliya yığmasının və İspaniya “Real Madrid”inin futbolçusu Kriştianu Ronaldu ilə də 1 ilədək görüşüb. İtaliyalı gözəlçənin Mario Balotelli ilə münasibətləri isə qaradərili futbolçunun müntəzəm xəyanətləri üzündən pozulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1810
avatar

Oxşar yazılar