Bakıda Dünya Kubokundan sonra Azərbaycanın açıq çempionatı
07 noyabr 2013 14:02 (UTC +04:00)

Bakıda Dünya Kubokundan sonra Azərbaycanın açıq çempionatı

Noyabrın 9-da idman dırmanması üzrə Azərbaycanın növbəti açıq çempionatı start götürəcək. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “ClimBaku” idman dırmanması mərkəzində keçiriləcək yarış Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunacaq.

 

Çempionata FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan idman klublarının 100-dən artıq idmançısı ilə yanaşı, əcnəbi idmançılar da qatılacaqlar. 3 mərhələdə (təsnifat, yarımfinal, final) təşkil olunacaq yarışda idmançılar boulderinq, çətinlik və sürət növləri üzrə qüvvələrini sınayacaqlar. Çempionat 2 gün davam edəcək.

 

Əsas məqsəd ölkəmizdə ekstremal idman növlərini, o cümlədən, idman dırmanmasını populyarlaşdırmaq və gələcəkdə beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.

 

Qeyd edək ki, Azərbaycanda ilk dəfə idman dırmanması üzrə Dünya kuboku açıq havada Dövlət Bayraq Meydanında (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə 22-23 iyunda baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844
avatar

Oxşar yazılar