Bakı "İnter"inin sabiq futbolçusu öldü
01 avqust 2014 18:16 (UTC +04:00)

Bakı "İnter"inin sabiq futbolçusu öldü

Belarus millisinin sabiq futbolçusu Valentin Belkeviç bu gün vəfat edib. Apasport.az saytının məlumatına görə, Kiyev “Dinamo”sunda çıxışı ilə məşhurlaşan yarımmüdafiəçi 42 yaşında dünyasını dəyişib.

 

Futbolçu karyerasını Azərbaycanda başa vuran Belkeviçin vəfatına damarın qırılması səbəb olub. 2008/09 mövsümünün ilk yarısını Bakı “İnter”ində keçirən orta sahə oyunçusu bundan sonra vətəninə deyil, ulduza çevrildiyi Ukraynaya qayıtmışdı. O, məşqçi kimi də məhz həmin ölkədə fəaliyyət göstərib. Belkeviçin son iş yeri 2013/14 mövsümündə çalışdırdığı Kiyev “Dinamo”sunun əvəzedici heyəti olub.

 

Qeyd edək ki, 1996-2007-ci illərdə “Dinamo”da oynayan futbolçu bu komanda ilə Çempionlar Liqasının yarımfinalına yüksəlib. Bundan başqa, onun hesabında 4 Belarus, 7 Ukrayna çempionluğu, vətənində 2, Kiyev təmsilçisi ilə 6 ölkə kuboku da var. Həmçinin, bu ölkələrdə dəfələrlə ilin ən yaxşısı seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1495
avatar

Yalçın UĞUR

Oxşar yazılar