Azercell-in futbol komandası “Neftçi” ilə oynadı
21 may 2013 17:43 (UTC +04:00)

Azercell-in futbol komandası “Neftçi” ilə oynadı

Azercell-in yeni stadionunun açılışı olub

 

Mayın 21-də “Azercell Telekom” MMC-nin binasının yerləşdiyi ərazidə yeni istifadəyə verilmiş stadionun açılışı olub. Açılış mərasimində şirkətin prezidenti Kiril Qaburiç, AFFA-nın baş katibi Elxan Məmmədov, “Neftçi” Peşəkar Futbol Klubunun rəhbərliyi və komandanın digər üzvləri iştirak ediblər. Yeni stadionun qırmızı lenti Kiril Qaburiç və Elxan Məmmədov tərəfindən kəsilib. Açılışdan sonra stadionda Azercell-in komandası ilə “Neftçi” klubunun üzvləri arasında qısa oyun keçirilib.

 

Mərasimdən öncə Azercell-in baş ofisində şirkətin prezidenti Kiril Qaburiçlə “Neftçi” PFK-nın rəhbərliyi və üzvləri, tanınmış futbolçularla görüşü keçirilib. Görüş zamanı Azərbaycanda futbolun inkişafı, bu işdə özəl sektorun rolu haqqında fikir mübadiləsi aparılıb.

 

Özəl şirkətlər arasında Azercell futbolun inkişafına xüsusi diqqəti ilə fərqlənir. İndiyə kimi şirkətin korporativ müştəriləri, öz əməkdaşlarından ibarət komandaları, həmçinin uşaq futbol komandaları arasında müxtəlif yarışlar təşkil olunub. 2009-cu ildə “Azercell Telekom” MMC Türkiyə-Azərbaycan futbol komandaları arasında yoldaşlıq görüşünün keçirilməsinə dəstək verib. Azercell şirkəti futbol üzrə Azərbaycan milli yığma komandasının sponsorudur.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

# 755
avatar

Oxşar yazılar

Konfrans Liqasında yarımfinal oyunları  keçirildi

Konfrans Liqasında yarımfinal oyunları keçirildi

3 may 2024 , 01:18
Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

Avropa Liqası: "Bayer 04" klubu "Roma"nı məğlub etdi

3 may 2024 , 01:06
"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

"Mən aqressiv şahmatçıyam" - Ülviyyə Fətəliyeva

2 may 2024 , 22:53
Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45
Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39
Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

2 may 2024 , 17:33
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15