Azərbaycanlı pokerdə 250 min uddu
13 dekabr 2015 00:49 (UTC +04:00)

Azərbaycanlı pokerdə 250 min uddu

Çexiyanın paytaxtı Praqada eyni vaxtda keçirilən Avropa və Dünya Poker Turnirində (European Poker Tour-World Poker Tour) Azərbaycandan olan iştirakçı 250 min 900 avro udaraq 3-cü yeri tutub.

 

Lent.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, Almaniyadan olan Rayne Kempe turnirin qalibi olub. O, dekabrın 11-də 15 saata yaxın davam edən gərgin oyundan sonra 539 min avro udaraq karyerasının ən böyük qələbəsini qazanıb.

 

Turnirə qatılanlar arasında dünyanın ən məşhur qumarbazlarından Team PokerStars Pros komandasının üzvləri Andre Akkari, Liv Boeree və Jason Mercier, habelə Avropa Poker Turnirinin keçmiş qalibləri Davidi Kitai və digərləri olub.

 

Turnirin ən gərgin oyunlarından biri də Azərbaycandan olan poker ustası Ramin Hacıyev, alman Rayne Kempe və Fransadan olan biznesmen-qumarbaz Jean-Noel Thorel arasında olub.

 

Əvvəlcə Ramin Hacıyev və Rayne Kempe fransız biznesmeni oyundan çıxarıblar, daha sonra Hacıyev oyunu tərk edib. O, Rayne Kempenin əlindəki tuz-valetdən və tuz-damadan qaçaraq kartlarını masaya atıb və 250 min 900 avro uduşla kifayətlənərək turnirin üçüncüsü olub.

 

Fransalı qumarbaz isə 383 min avro ilə ikinci yeri tutub. 4-cü yerdə 193 min avro ilə İspaniyadan olan pokerçi Adrian Mateos, 5-ci yerdə Yeni Zelandiyadan 152.900 avro ilə David Yan qərarlaşıb.

 

Turnirdə cəmi 11 nəfər uduş qazanıb. Qumar turniri bu gün də davam edib.

 

Praqa turnirində 3-cü yeri tutan Ramin Hacıyevin barəsində geniş məlumat yoxdur. Ancaq o, beynəlxalq poker turnirində qalib olan ilk azərbaycanlı deyil. Bu ilin yanvarında Baham adalarında keçirilən “Poker Stars Caribbean Adventure” (“Poker ulduzlarının Karib macəraları”) poker yarışında İlkin Qəribli adlı azərbaycanlı 1 milyon 105 min dollar qazanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349
avatar

Oxşar yazılar