Eddi İspaniyada ardıcıl üçüncü oyununda da “fərqləndi”
21 fevral 2016 10:58 (UTC +04:00)

Eddi İspaniyada ardıcıl üçüncü oyununda da “fərqləndi”

0

İspaniya Sequndasında 26-cı tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kordoba" səfərdə "Ponferradina" ilə üz-üzə gəlib.

 

Oyun qonaqların 3:1 hesablı qələbəsiylə nəticələnib. Eddi meydana start heyətində çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü matçın 52-ci dəqiqəsində sarı vərəqə alıb. Bu, İsrafilovun "Kordoba"nın heyətində meydana çıxıdığı son 3 oyunda ardıcıl 3-cü sarı vərəqəsidi.

 

Səfər qələbəsiylə hesabındakı xalların sayını 43-ə çatdıran "Kordoba" 3-cü pilləyə yüksəlib.

 

İspaniya Sequndası, 26-cı tur

20 fevral

Ponferradina - Kordoba 1:3
Qollar: Kayado, 85 - Fidel, 25. Xisko, 44. Markoviç, 89

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar