Futbolçularımız Rail Məlikov və Arif İsayevin çıxış etdiyi "Dənizlispor" klubunda istefalar olub.
Lent.az-ın qol.az-a istinadən veridiyi məlumata görə, baş məşqşisi Özcan Bizatin köməkçiləri Levənt Kartop və Burak Özsaraç istefa verib. Məşqçilərin bu qərarı verməsinə klub prezidenti Süleyman Urkayın taktiki məsələlərə müdaxilə etməsi olub. Buna görə də məşqçilər bir illik müqavilələrinin olmasına baxmayaraq komandadan ayrılıblar.
Qeyd edək ki, klubun dünən rəhbərliyin iştirakı ilə keçirilən toplantısında vitse-prezident Veysəl Gühan, şöbə müdiri İhsan Niyas və klub nümayəndələri Özgan Atik, Sərvət özəl və Mustafa Şavklı işlərinin çoxluğuna əsas gətirərək klubdan ayrılmaq istədiklərini deyiblər.