Azərbaycanla oyunda poker edən futbolçu karyerasını bitirdi
0
0
Rusiya yığmasının ən məhsuldar futbolçusu Aleksandr Kerjakov karyerasını bitirib. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, bu xəbəri “Zenit”in idman direktoru Konstantin Sarsaniya verib.
O bildirib ki, 35 yaşlı forvard Sankt-Peterburq klubunda çalışmaqda davam edəcək. Belə ki, Kerjakov “Zenit”in aşağı yaş qruplarında koordinator vəzifəsini icra edəcək. Aleksandr akademiyadakı istedadlı uşaqların “Zenit-2”yə, gənclər komandasına və əsas kollektivə yüksəlməsi yolunda məsuliyyət daşıyacaq.
Qeyd edək ki, karyerasına “Zenit”də başlayıb, elə bu komandada da bitirən Aleksandr Kerjakov “Sevilya”, Moskva “Dinamo”su və “Sürix” klublarının da formasını geyinib. O, 2000-ci ildə Avstriyanın Braunau şəhərində 18 yaşlılardan ibarət yığma komandalar (indiki U-19) arasında keçirilən Avropa çempionatının Azərbaycanla seçmə mərhələ matçında məşhurlaşıb. Belə ki, şimal qonşularımızın yığmamızı 10:0 hesabı ilə məğlub etdiyi görüşdə Kerjakov pokerə imza atıb.
0
0