Azərbaycanla oyuna 30 futbolçu
02 may 2014 11:54 (UTC +04:00)

Azərbaycanla oyuna 30 futbolçu

ABŞ milli komandasının baş məşqçisi Yurgen Klinsmann futbol üzrə 2014-cü il dünya çempionatına hazırlıq planlarından danışıb. Lent.az-ın məlumatına görə, almaniyalı mütəxəssis ABŞ Futbol Federasiyasının rəsmi saytına açıqlamasında çempionat öncəsi təlim-məşq toplantısına 30 futbolçu çağıracağını deyib.

 

O, öncədən 26 və ya 28 oyunçuya dəvət göndərmək, yeni oyunçuya ehtiyac olduqda isə sonradan çağırmaq istəyib. Amma sonradan Klinsmann qərara alıb ki, 23 nəfərlik yekun siyahını 30 oyunçu arasından seçsin. Baş məşqçi onları mayın 12-dən gec dəvət etməyəcək. Toplanış isə mayın 14-də Stenford Universitetinin məşq düşərgəsində başlanacaq.

 

Klinsmann deyib: “Oyunçulardan bəziləri zədəli gələcək. Onları iş başında görüb qiymətləndirmək lazımdır. Bu səbəbdən, 30 futbolçunun hamısından yararlanmağı qərara aldıq. Bu, məşqlərdə bizə bir qədər çətinlik yaradacaq. Amma onlar üçün keyfiyyətli hazırlıq planımız var”.

 

Yekun siyahı isə iyunun 2-də açıqlanacaq.

 

Qeyd edək ki, ABŞ yığması dünya çempionatı öncəsi 3 yoldaşlıq görüşü keçirəcək. Mayın 27-də San-Fransiskodakı “Candlestick Park”da Azərbaycan millisi ilə qarşılaşacaq Klinsmannın komandası iyunun 1-də Harrisondakı “Red Bull Arena”da Türkiyəni, iyunun 7-də isə Ceksonvilldə Nigeriyanı sınağa çəkəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452
avatar

Oxşar yazılar