"Sumqayıt” klubunun kapitanı Samir Abasov futbolçu karyerasını bitirib. Lent.az-ın məlumatına görə, bu barədə sportnet.az-a klubun mətbuat katibi Rəşad Məmmədov məlumat verib.
36 yaşlı müdafiəçinin özü də bu yaxınlarda saytımıza açıqlama verərkən ağır zədə aldığını və artıq karyerasını başa vurmaq istədiyini bildirmişdi.
Qeyd edək ki, Samir Abasov futbolçu karyerası ərzində "Şəfa", "Şahdağ", "Neftçi", "Qarabağ", "Karvan", "İnter" klublarının da şərəfini qoruyub. Abasov 2004 - 2011-ci illərdə Azərbaycan millisində də çıxış edib.