Azərbaycanın daha 2 idmançısı Türkiyənin “Fənərbağça” klubuna keçərək, Türkiyə millisinin heyətinə cəlb olunub. Lent.az-ın məlumatına görə, bunlar akademik avarçəkmə üzrə yığma komandamızın sabiq üzvləri Cavid Əfəndiyevlə Fuad Mirzəyevdir.
2012-ci ildən “sarı-lacivərdlilər”in heyətində məşqlərə başlayan avarçəkənlərimiz bu ilin yanvarında Türkiyə vətəndaşlığını qəbul ediblər. Əfəndiyevin Lent.az-a eksklüziv müsahibəsi ilə yaxın saatlarda tanış ola bilərsiniz.
Qeyd edək ki, bir neçə il öncə Azərbaycan sprinteri Ramil Quliyev əvvəlcə “Fənərbağça”ya, sonra isə Türkiyə millisinə cəlb olunub.