Azərbaycanı təmsil etmiş idmançı faciəvi şəkildə öldü
26 mart 2016 23:27 (UTC +04:00)

Azərbaycanı təmsil etmiş idmançı faciəvi şəkildə öldü

Fiqurlu konki sürmə üzrə 1996-cı il Avropa Çempionatının gümüş mükafatçısı və məşqçi İqor Paşkeviç 44 yaşında ABŞ-ın Mayami şəhərində faciəvi şəkildə ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Rusiya fiqurlu konki sürmə federasiyasının rəsmi saytında dərc olunmuş məlumatda bildirilib. Hadisənin təfərrüatları açıqlanmır. Federasiya Paşkeviçin yaxınlarına və dostlarına başsağlığı verib.  

 

Qeyd edək ki, beynəlxalq səviyyəli idman ustası İqor Paşkeviç Moskvada anadan olub. O, 1990-cı ildə gənclər arasında dünya çempionatının qalibi olub.   

 

İqor Paşkeviç 1997-ci ildən başlayaraq Azərbaycanı təmsil edib.

 

Son illər Paşkeviç ABŞ-da məşqçi kimi çalışıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358
avatar

Oxşar yazılar