Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək. Lent.az-ın məlumatına görə, yığmamız Bakı vaxtı ilə saat 19:00-da Almaniyanın "Hauenstein" klubu ilə qarşılaşacaq.
Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar komandamızın üzvləri meydana qara sarğı ilə çıxacaqlar.