FİFA may ayı üçün milli komandaların reytinq siyahısını açıqlayıb. Lent.az-ın xəbərinə görə, ilk üçlük dəyişməz qalıb. İspaniya 1460 xalla 1-ci, Almaniya 1340 xalla 2-ci, Portuqaliya yığması isə 1245 xalla 3-cü sıradakı yerlərini qoruyub.
Keçən ay üç pillə irəliləyən 5 qat dünya çempionu Braziliya yığması isə bu dəfə daha iki pillə qalxaraq 1210 xalla 4-cü yerdə qərarlaşıb.
Azərbaycan yığması isə 398 xalla 85-ci pillədə yer alıb. Yığmanın 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa Çempionatının seçmə mərhələsi H qrupundakı rəqiblərindən İtaliya 1115 xalla 9-cu, Xorvatiya 871 xalla 20-ci, Norveç 551 xalla 55-ci, Bolqarıstan 460 xalla 73-cü, Malta isə 204 xalla 128-ci sırada yer tutublar.
Türkiyə yığması 711 xalla 39-cu sıradakı yerini qoruyub.