Azərbaycan yığmasının “11-liy”i açıqlandı
24 fevral 2014 13:36 (UTC +04:00)

Azərbaycan yığmasının “11-liy”i açıqlandı

Azərbaycanın kişi və qadın taekvondoçulardan ibarət milli komandası fevralın 27-də Bəhreynin paytaxtı Manamada təşkil ediləcək “Bahrain Open” turnirinə qatılacaq. Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 3 gün davam edəcək yarışda ölkəmiz 13 idmançı ilə təmsil olunacaq.

Ayxan Tağızadə (63 kq) və İlkin Şahbazov (74 kq) kişilərin, Anastasiya Kan (46 kq), Patimat Abakarova, Aygül Abdullayeva (hər ikisi 49 kq), Səbinə Mikayılova (53 kq), Hülya Oveyoğulları (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Qorbaçeva, İnci Zeynep Sönmez (hər ikisi 62 kq), Fəridə Əzizova (67 kq), Busra Ayva, Marina Tedeyeva (hər ikisi 73 kq) qadınların mübarizəsinə qatılacaq.

Qeyd edək ki, “Bahrain Open”də 18 ölkədən 350 taekvondoçunun iştirakı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599
avatar

Oxşar yazılar