Azərbaycan Tiflis Olimpiadasında 22-ci oldu
02 avqust 2015 05:42 (UTC +04:00)

Azərbaycan Tiflis Olimpiadasında 22-ci oldu

0

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən XIII Avropa Gənclik Olimpiadası başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması mötəbər yarışı 22-ci yerdə bitirib.

 

Azərbaycan bu nəticəni mumilikdə 35 idmançı ilə qatıldığımız yarışda 5 mükafat qazanaraq əldə edib.

 

Qeyd edək ki, bütün mükafatları cüdoçularımız qazanıb.

 

Qadın cüdoçu Şəfəq Həmidova (40 kq) və Sahil Cəfərov (73 kq) turnirin qızıl medalını, Kəramət Hüseynov isə (55 kq) gümüş medal qazanıb.

 

İki idmançımız İbrahim Bayramlı (50 kq) və İsmayıl İbrahimov (60 kq) isə yarışı üçüncülüklə başa vurub.

 

Əlavə olaraq qeyd edək ki, Gənclik Olimpiadasında 50 ölkə iştirak edib ki, onlarda 35-i müxtəlif mükafatlar qazana bilib.

 

Turnirin ən çox medal qazanan ölkəsi isə Rusiya olub – cəmi 37 medal. İkinci İtaliya (24 medal) və üçüncü isə Fransa (22 medal) olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar