Futbol üzrə Azərbaycan milli komandasının oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Berti Foqts hazırlıq prosesinə 25 əsas və 5 ehtiyat futbolçu dəvət edib.
Onlar oktyabrın 5-dən Bakıda təlim-məşq toplantısına cəlb olunacaqlar.
Millimizin heyəti:
Qapıçılar: Kamran Ağayev (“Bakı”), Anar Nəzirov (“Sumqayıt”), Səlahət Ağayev (“İnter”)
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov (hamısı “Qarabağ”), Volodimir Levin, Elnur Allahverdiyev (hər ikisi “Qəbələ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Mahir Şükürov (“Neftçi”), Ruslan Əmircanov (“İnter”), Ufuk Budak (“Eskişehirspor, Türkiyə), Əli Gökdəmir (“Hannover 96 II”, Almaniya)
Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Araz Abdullayev (hər ikisi “Neftçi”), Cavid Hüseynov, Əfran İsmayilov (hər ikisi “Bakı”), Qara Qarayev (“Qarabağ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ruslan Abışov (“Rubin”, Rusiya)
Hücumçular: Vaqif Cavadov (“İnter”), Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev (“Bakı”), Cihan Özkara (“Sivasspor”, Türkiyə), Rüfat Dadaşov (“Kayzerslautern II”, Almaniya)
Ehtiyat heyət:
İlkin Qırtımov - Simurq
Şəhriyar Əliyev - Bakı
Elhad Nəziri - İnter
Elvin Məmmədov - Bakı
Pərdis Fərcad-Azad - Sumqayıt
Qeyd edək ki, Ufuk Budak və Rüfət Dadaşov toplanışda oktyabrın 6-dan, Ruslan Abışov və Cihan Özkara oktyabrın 7-dən qoşulacaq. Əli Gökdəmirin millinin toplanışına qatılacağı gün isə hələ məlum deyil.